Aparıcı
Aparıcı — radioda, televiziyada, əyləncə məkanında proqramı təqdim edən, izah edən, nümayiş edən və elan edən bir insandır.
Spiker (bu sözün əsli ingilis dilindəki <<spiker>> sözündən götürülmüşdür) yerinə görə diktor, şərhçi və aparıcı da adlanır. Aparıcılar yalnız xəbər bülletenləri, reklam yazıları, tanıtım və şərh mətnlərini oxumurlar; Həm də radio və televiziya tərəfindən təşkil edilən müsabiqələr, oyunlar və buna bənzər əyləncə proqramlarını təqdim edir və idarə edirlər. Bu proqramlarda yazılı bir mətn oxumaq əvəzinə onu danışırlar. Əslində klassik aparıcılıq getdikcə daha çox tarixə çevrilir və müasir dövrün aparıcıları daha cəlbedici və aktiv iş sahələrinə üz tuturlar: Teatrlar, musiqi salonları, qumarxanalar və s. Bu tip yerlərdə aparıcıların gördüyü iş daha çox şərh etmək və ya təqdim etməkdir. Radio və televiziya təşkilatları da, dinləyicilərin və tamaşaçıların bir idman yarışmasını və ya bir mərasimi daha yaxşı izləyə, yaxud dinləyə bilmələri üçün aparıcı diktorlardan faydalanırlar.